Reuters: "Yaxın günlərdə Rusiya mülki infrastrukturu hədəf alacaq"
Rusiya Federasiyası yaxın vaxtlarda Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirməyi planlaşdırır.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Öz mənbəsinə istinad edən nəşr yazır ki, bununla bağlı ABŞ kəşfiyyatı məlumatlar əldə edib.
Mənbənin sözlərinə görə , yaxın günlərdə dinc ukraynalılar üçün ciddi təhlükələr olacaq.
“Rusiyanın yaxın günlərdə Ukraynada mülki infrastruktura və dövlət obyektlərinə zərbələr endirmək üçün səylərini gücləndirəcəyinə dair məlumatımız var. Rusiyanın Ukraynadakı “təcrübə”sini nəzərə alaraq, biz zərbələrin mülki əhali və mülki infrastruktur üçün davam edən təhlükəsindən narahatıq” – məlumatda deyilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır