Türkiyə Suriyada yeni müharibəyə hazırlaşır

Türkiyə müdafiə naziri Hulusi Akar Suriyada Fırat çayının şərqində yerləşən rayonlarda planlaşdırılan əməliyyatın idarə edilməsi üzrə birgə mərkəzin açılışında iştirak edib.
“Anadolu”nun məlumatına görə, Akar Suriya ilə sərhəddə yerləşən hərbi hissələrə baş çəkib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya məsələsini martın 31-də keçiriləcək bələdiyyə seçkilərindən sonra həll etmək niyyətində olduğunu bəyan edib. Söhbət Suriyanın şimalında fəaliyyət göstərən kürd dəstələrinə qarşı əməliyyatdan gedir.
Müdafiə naziri Türkiyə ordusunun İraqın şimalındakı əməliyyatını da şərh edib. O bildirib ki, səhər saatlarından etibarən aviasiya PKK terrorçularınının mövqelərinə zərbələr endirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır