Ağdam rayonunda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Türkiyənin Zəfər Bayramı qeyd edilib.

“MİNVAL.İNFO” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, Azərbaycanda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində Zəfər Bayramı və Türk Silahlı Qüvvələri Gününə həsr olunmuş tədbir proqramı keçirilib.