Türkiyə Qarabağda seysmik stansiyaların quraşdırılmasına dəstək verəcək
Dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair 1-3 dekabr 2021-ci il tarixlərində aparılmış danışıqların nəticəsinə dair Razılaşma Protokolu imzalanıb.
Minval.info xəbər verir ki, protokolu Türkiyə tərəfindən AFAD-ın Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu, Azərbaycan tərəfindən RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli imzalayıblar.
Qeyd edək ki, razılaşmaya əsasən Türkiyə tərəfi Azərbaycana dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ildə quraşdırılması nəzərdə tutulur.
ƏLAQƏLİ
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
Bundan başqa, qardaş ölkə Qarabağda seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərə dair seysmik stansiya məlumatlarının mübadiləsi sahəsində Azərbaycana dəstək verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı