Türkiyə ordusu PKK/YPG-ni "Fırtına" atəşinə tutdu
Suriyada terror təşkilatı PKK/YPG Afrinin cənubundakı Kimar bölgəsinə hücum təşkil edib.
Avropa.info xəbər verir ki, hücuma Türkiyə Silahlı Qüvvələri “Fırtına” artileriyaları ilə cavab verib.
Türkiyə və ABŞ bu ayın əvvəlində Suriyanın şimalında təhlükəsiz zona yaradılması barədə razılığa gəlmişdi, ancaq ABŞ dəstəkli terror təşkilatı PKK/YPG Türkiyə dəstəkli müxaliflərə hücumlarını davam etdirir.
PKK/YPG dünən gecə saatlarında Əl-Babın qərbində ASO-nun nəzarətindəki Diklabaş kəndinə hücum təşkil edib. Bölgədə müxalif Azad Suriya Ordusu ilə terror təşkilatı PKK/YPG arasında ağır silahlarla şiddətli toqquşmalar baş verib.
PKK/YPG Afrinin cənubundakı Kimar bölgəsində də müxaliflərə hücum təşkil edib. Türk Silahlı Qüvvələri “Fərtına”larla PKK/YPG-li terrorçulara aid mövqeləri vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək