Türkiyənin vitse-prezident: “Zəlzələyə görə məktəblərin bağlı olacağı xəbəri yalandı”
“Bu gün baş verən zəlzələ zamanı həyəcandan səhhəti pisləşən 28 nəfər xəstəxanada müayinə və müalicə olunub. Onlardan yalnız 2-si hazırda xəstəxanadadır, çünki sınıq xəsarəti alıblar, digərləri evə buraxılıb”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin vitse-prezidenti Fuad Oqtay bu gün İstanbulda baş verən 5,8 bal gücündə zəlzələ ilə əlaqədar açıqlama verərkən bu barədə bildirib.
Vitse-prezident 172 binada çatlaq qeydə alındığını, təbii fəlakətlə əlaqədar 26 xidmət qrupunun, 3 minədək personalın xidmətə hazır olduğunu deyib.
Əhalini panika yaşamamağa çağıran vitse-prezident məktəblərin sabah bağlı olacağı haqqında məlumatların doğru olmadığını qeyd edib.
Qeyd edək ki, bu gün İstanbulda yerli vaxtla 10.32-də 3,6 bal, 13.59-da 5,8, 14.27-də isə 4 bal gücündə zəlzələ baş verib. Türkiyə üzrə gün ərzində zəif təkanlar da daxil olmaqla 60 dəfə yer silkələnməsi qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək