24.08.2019 - 16:57
Dünya 2 baxış

Türkiyə İraqın şimalında yeni hərbi əməliyyata başlayıb

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Sinat-Hafta bölgəsində “Pəncə-3” əməliyyatına başlayıb.

“Report” “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi əməliyyata dünən start verdiklərini açıqlayıb.

““Pəncə-3” əməliyyatına 23 avqustda başlanılıb. Əməliyyat sərhəd təhlükəsizliyini daha irəlidən təşkil etmək, Sinat-Hafta bölgəsində mövcud olan terrorçuları və istifadə etdikləri mağara, sığınacaqları zərərsizləşdirmək məqsədilə həyata keçirilir. Əməliyyata hava və yerüstü texnikalar dəstək verir”, – deyə nazirliyin yaydığı açıqlamada bildirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: