19.08.2019 - 20:45
Dünya
20 baxış
Türkiyədə nazir müavini qəzada öldü
Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini qəzada ölüb.
“Hürriyyet” xəbər verir ki, 1071-ci ildə baş tutmuş Malazgirt döyüşündəki zəfərin 948-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etdikdən sonra Van şəhərinin Erciş qəsəbəsinə gedən professor Haluk Dursun yol qəzasında dünyasını dəyişib.
Qəzada avtomobilin sürücüsü və nazirin yanında olan iki nəfər ağır yaralanıb. H.Dursun isə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Qeyd edək ki, türkoloq, tarixçi, professor H.Dursun 2018-ci ildən Mədəniyyət nazirinin müavini vəzifəsini icra edib.
O, İstanbulun məşhur Topqapı Muzeyinin direktoru vəzifəsində də çalışıb.(oxu.az)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
20.10.2026 - 17:54
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
20.10.2026 - 17:44
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
20.10.2026 - 17:34
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
20.10.2026 - 16:44
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
20.10.2026 - 16:14
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
20.10.2026 - 15:54
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
20.10.2026 - 15:14