Türkiyədən Suriya ilə bağlı gözlənilməz addım
Türkiyə Suriyadakı müxalif qüvvələrə çoxlu sayda silah verib.
Bu haqda “Reuters” Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, məqsəd Rusiya tərəfindən dəstəklənən hökumət qüvvələrinin hücumunu dayandırmaqdır.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Müxalifət nümayəndələri deyiblər ki, Ankara bu addımı Rusiyanı Suriya ordusunun İdlibdə əməliyyat keçirmək planını təxirə salmağa inandıra bilməməsindən sonra atıb. Səbəb kimi Əsəd ordusunun irəliləməsinin Türkiyəyə qanunsuz miqrant axınına gətirib çıxardığı göstərilir.
Şahidlərin sözlərinə görə, Türkiyənin hərbi karvanı gecə silahlıların nəzarət etdiyi Cabal əl-Zaviya yaxınlığında yerləşən bazaya gəlib.
Bildirilir ki, Türkiyə Suriya müxalifətinə onlarla zirehli maşın, “Qrad” sistemləri, idarə olunan raket əleyhinə komplekslər və raketlər göndərib.
oxu.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək