Türkiyədən Haşoqinin qatillərinin edamı qərarına - Münasibət
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanı məhkəməsinin jurnalist Camal Haşoqinin ölümündə günahkar bilinən 5 nəfər haqqında edam qərarına münasibət bildirib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, XİN sözçüsü Hami Aksoy bu qərarın gözləntiləri doğrultmadığını açıqlayıb:
“Camal Haşoqi cinayəti haqqında Səudiyyə Ərəbistanda keçirilən məhkəmə tərəfindən bu gün verilən qərar həm ölkəmizin, həm də beynəlxalq cəmiyyətin bu cinayətin bütün detallarıyla aydınlaşması və ədalətin bərqərar olması istiqamətində gözləntilərinə cavab verməkdən uzaqdır”.
Xatırladaq ki, “The Washington Post” nəşrində çalışan jurnalist Camal Haşoqi 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində öldürülüb. Jurnalistin cəsədi bugünədək tapılmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır