Türkiyədəki seçkilərdə növbəti dəfə qan töküldü - 18 yaralı var - Foto
Türkiyənin Diyarbəkir şəhərinin Qayapınar qəsəbəsində muxtarlıq seçkilərinin səsverməsi zamanı dava baş verib.
“Qafqazinfo” DHA-ya istinadən xəbər verir ki, dava Səid və Nevzat adlı iki namizəd və onların yaxınlar arasında buklet paylanılması üstündə çıxıb.
Tərəflər bir-birilərinə odlu silah, bıçaq və dəyənəklərlə hücum ediblər. Dava nəticəsində ikisi ağır olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqadaları cəlb edilib.
Bundan başqa, Mardinin Artuklu qəsəbəsində baş verən davada 3 nəfər yaralanıb.
İstanbulun Kadıköy səmtində seçki məntəqəsinin qarşısındakı davada isə bir nəfər bıçaqlanıb.
Beləliklə, 3 ayrı yerdə qeydə alınan davalarda ümumilikdə 18 nəfər yaralanıb.
Qeyd edək ki, səhər saatlarında Malatya şəhərinin Pütürge qəsəbəsində sandıq başında silahlı dava zamanı 2 nəfər öldürülüb, 1 nəfər isə yaralanıb.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır