11.06.2020 - 16:20
Dünya
24 baxış
Türkiyədə beynəlxalq aviareyslər bərpa olunub
Türkiyədə pandemiya ilə bağlı müvəqqəti dayandırılan beynəlxalq aviareyslər iyunun 11-dən bərpa edilib.
AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə reyslər İstanbul və Sabiha Gökçen hava limanlarından Böyük Britaniya, Niderland və Almaniyaya həyata keçirilir.
Hazırda hava limanlarına yalnız bileti olan sərnişinlərin daxil olmasına icazə verilir. Postpandemiya dövründə aeroportlar yeni, sosial məsafə kimi qaydalar çərçivəsində fəaliyyət göstərəcək.
“Türk Hava Yolları”nın (THY) İstanbuldan ilk beynəlxalq aviareysi isə bu gün yerli vaxtla saat 08.20-də Almaniyanın Düsseldorf şəhərinə olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
20.10.2026 - 12:34
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
20.10.2026 - 12:24
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
20.10.2026 - 11:34
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
20.10.2026 - 10:44
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44