Türkiyədə alkoqollu içki və tütün markaları ilə bağlı qadağa
Türkiyədə yaşayan sosial şəbəkə istifadəçilərinin tvitter və instaqramda alkoqollu içki markalarını izləyə bilmədiyi məlum olub.
“Qafqazinfo” xəbər verir ki, “Tuborg”, “Carlsberg”, “Leffe”, “Jack Daniel’s”, “Corona”, “Heineken” kimi bir çox məşhur brendin sosial şəbəkədəki hesabını izləmək istəyən izləyicilər “Bu hesabı izləyə bilməzsən. Bu hesab ölkəndə izlənilə bilməz” xəbərdarlığı ilə qarşılaşıblar. Digər tərəfdən isə feysbukda belə bir məhdudiyyətin olmadığı görünüb.
Bilgi Universitetinin Hüquq Fakultəsinin üzvü, professor Yaman Akdeniz bu tip hesablara Türkiyədən daxil olmağın uzun müddətdir qadağan edildiyini təxmin etdiyini, bu qərarda Türkiyə məhkəmələrinin və ya dövlətin əlinin olmadığını bildirib.
Onun sözlərinə görə, qərarı sözügedən içki və tütün şirkətlərinin özü vermiş ola bilər.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək