28.07.2019 - 17:36
Dünya
35 baxış
Türkiyədə ada satışa çıxarıldı
Türkiyədə ada satışa çıxarılıb.
Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, Bursanın Karacabey qəsəbəsi yaxınlığındakı Uluabat gölündə yerləşən ada sahibi Nedim Bulut tərəfindən 17 milyon lirəyə satışa çıxarılıb. Mülk sahibi bildirib ki, son olaraq adanı 13 milyon lirəyə alma istəyən olsa da, bu təkliflə razılaşmayıblar. 4500 kvadrat metr sahəsi olan ada N.Buluta babasından qalıb və burada qanunlara görə bina tikmək qadağandır. Lakin adada ferma tipində təsərrüfat obyektləri tikmək olar.
Mülk sahibi adanın torpağının çox məhsuldar olduğunu bildirib və buranı daim zeytun bağı kimi istifadə etdiklərini əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
20.10.2026 - 17:54
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
20.10.2026 - 17:44
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
20.10.2026 - 17:34
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
20.10.2026 - 16:44
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
20.10.2026 - 16:14
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
20.10.2026 - 15:54
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
20.10.2026 - 15:14
