Türkiyə bu ölkələrdən turist gəlməsinə icazə verməyəcək
Türkiyə iyundan etibarən koronavirusa yoluxma faktı yüksək olan ölkələrdən turist qəbul etməyəcək.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, həmin ölkələr sırasında xüsusilə Rusiya var.
“Biz turizm mövsümünə yalnız daxili turizmlə başlayacağıq. Turist gəlməyini gözlədiyimiz ölkələrdəki vəziyyətə baxacağıq. Biz Rusiyadan və koronavirusa yoluxma riski yüksək olan digər ölkələrdən gələnləri qəbul etməyi düşünmürük”, – deyə Qoca bildirib.
Nazir, həmçinin, əlavə edib ki, ölkə daxilində səyahətə hazırlaşanlar da xüsusi mobil tətbiqetmədən istifadə etməlidirlər:
“Xüsusi kod əldə edilməlidir. Səyahətə çıxmaq istəyən şəxsdə koronavirusa yoluxma riski olarsa, ona icazə verilməyəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi