15.11.2026 - 13:34
Türk serialları daha uzun olmayacaq
İqtisadiyyat 250 baxış

Türk serialları daha uzun olmayacaq

Türkiyədə televiziya seriallarının yayım müddətinin qısaldılması barədə ortaq qərarın qəbul edilməsi gözlənilir. Publika.az xəbər verir ki, reklam böhranının dərinləşməsi fonunda televiziya kanalları serialların istehsal büdcələrini azaltmaq üçün yeni addımlar atmağa başlayıb.

Bu çərçivədə prodüser şirkətlərindən serial qiymətlərinin aşağı salınması tələb olunub. Prodüserlər isə 140 dəqiqəlik serialların müddətinin 110 dəqiqəyə endirilməsini təklif ediblər. Bununla, beşinci reklam fasiləsinə və əlavə çəkiliş heyətinə ehtiyacın qalmayacağı bildirilir. Lakin bu təkliflə bağlı hələlik yekun qərar mövcud deyil.

Bununla yanaşı, televiziya kanallarının nümayəndələri və prodüserlər, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə Sultanahmetdə bir araya gəliblər. Görüşdə yaşanan reklam böhranının həlli yolları müzakirə edilib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: