27.06.2019 - 14:42
Dünya 4 baxış

Türk fırıldaqçı azərbaycanlı sevgilisi ilə Dağlıq Qarabağa qaçdı – Video

Türkiyədə 37 yaşlı sahibar İbrahim B. azərbaycanlı sevgilisi E. N. ilə işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qaçıb.

Qaynarinfo xəbər verir ki, Aydın bölgəsində süd və süd məhsullarının satışı ilə məşğul olan fırıldaqçı 5 il əvvəl 50 ha torpaq alıb və 250 nəfərin razılığı ilə onların adına 10 milyon lirə kredit götürüb. Evli və 3 uşaq atası olan İbrahim B. daha sonra bütün təsərrüfatını sataraq azərbaycanlı sevgilisi E. N. ilə Qarabağa qaçıb.

Zərərçəkənlər məsələ ilə bağlı prokurorluğa şikayət ediblər. Onlar pullarını fırıldaqçı fermerin həyat yoldaşından tələb edirlər. İbrahim B.-nin banklara 3,6 milyon lirə olmaqla ümumilikdə 10 milyon lirə borcu var.

https://www.dailymotion.com/video/x7bxazk

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: