Trampdan sərt sözlər: "Makronun axmaqlığına cavab verəcəyik"
ABŞ prezidenti Donald Tramp Fransanın aralarında ABŞ firmalarının da olduğu böyük texnologiya şirkətləri üçün tətbiq ediləcək yeni vergi nizamnaməsinə “Emanuel Makronun axmalığına cavab verəcəyik”- şəklində reaksiya göstərib.
Musavat.com xəbər verir ki, Tramp Tvitter hesabı vasitəsilə verdiyi açıqlamada Fransanın böyük texnologiya şirkətlərinə tətbiq edəcəkləri yeni vergi qanunu tənqid edib və E. Makronu hədəf alıb.

“Fransa böyük Amerika şirkətlərinə yeni vergi tətbiq edib. Birisi bu şirkətlərə vergi tətbiq etməlidirsə, o ABŞ olar. Makronun bu axmaqlığına qısa müddətdə cavab veriləcək”- deyə açıqlama verib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Xatırladaq ki, Fransa parlamenti “Google”, “Apple”, “Amazon”, “İnstagram” kimi internet nəhənglərinin ölkədən əldə etdiyi gəlirlərin müəyyən bir hissəsinə vergi tətbiq edilməsi ilə bağlı qanunu 11 iyulda təsdiqləyib.
Yeni vergi nizamnaməsinə görə, internet nəhəngləri ölkədən əldə etdiyi gəlirlərin yüzdə 3-ü qədrini vergi kimi ödəməlidir.
“Google”, “Amazon”, “Facebook”, “İnstagram” başda olmaqla 30-a qədər belə şirkətə tətbiq olunacaq vergilərdən Fransanın bu il 400 milyon, gələn il üçün isə 650 milyon gəlir əldə etməsi nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək