Trampdan gözlənilməz Türkiyə "tvit"i - FOTO
ABŞ prezidenti Donald Tramp FETÖ və PKK-ya işlədiyi iddia edilən və hazırda Türkiyədə həbsdə olan amerikalı keşiş Andrev Krayqin Brunson haqqında “tvit” paylaşıb.
Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tramp barəsində 35 il həbs cəzası tələb edilən keşiş haqda bunları yazıb:
“Amerikanın görkəmli şəxslərindən biri və xristian lider olan keşiş Brunson haqsız olaraq Türkiyədə mühakimə edilir, zülmə məruz qalır. Ona cəsus deyirlər. Mən ondan da cəsusam. Ümid edirəm ki, evinə və gözəl ailəsinə dönməsinə icazə veriləcək”.
Trampın bu “tvit”i birmənalı qarşılanmayıb. Şərhlərdə bir çox amerikalı onu tənqid edib. Ən çox diqqət çəkən şərh isə bu olub:
“Sən cəsus olacaq qədər ağıllı deyilsən”.
Qeyd edək ki, Donald Tramp Türkiyədən təxriyyə olunmasını tələb etdiyi Brunson haqda daha öncə də “tvit” yazmışdı.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan prezidenti Pyotr Poroşenko ilə görüşüb - Foto
Dağıstanda toqquşma: 2 nəfər öldürüldü
Deputat Konstitusiya Məhkəməsinə etiraz etdi
"Onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır" - Əli Həsənov
Avropa Şurası Səməd Seyidova qarşı sanksiya qəbul etdi
ABŞ: Ukraynanı qorumaq üçün hər şeyi edəcəyik