Tramp Usama ben Ladenin oğlunun ölümünü təsdiqlədi
ABŞ Prezidenti Donald Tramp “Əl-Qaidə” terror qruplaşmasının banisi Usama ben Ladenin oğlu Həmzə ben Ladenin Birləşmiş Ştatların keçirdiyi əməliyyat nəticəsində öldürüldüyünü təsdiqləyib.
Qafqazinfo xəbər verir ki, onun sözlərinə görə, “Əl-Qaidə” qruplaşmasının yüksək vəzifəli üzvü Əfqanıstan və Pakistan regionunda öldürülüb.
“Həmzə ben Ladenin ölümü “Əl-Qaidə” qruplaşmasını vacib lider keyfiyyətlərindən və atası ilə simvolik bağlarından məhrum edəcək və qruplaşmanın mühüm operativ fəaliyyətlərini pozacaq. Həmzə müxtəlif qruplaşmalarla iş və planlaşdırma məsələlərinə cavabdeh idi”, – deyə Donald Tramp bildirib.
Qeyd edək ki, Həmzə ben Ladenin ölümü barədə xəbərlər hələ bu ilin yay aylarında yayılsa da, rəsmi Vaşinqton bu məlumatı təsdiq etməmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkmənistanda saçlarını rəngləyən qadınlar cərimələnir
Dünyada COVID-19-dan ən çox sağalanlar bu ölkədə yaşayır - CƏDVƏL
Putin Vahid Ələkbərovla görüşdü
ABŞ-ın Luiziana ştatında 430 min ev təsərrüfatı və müəssisə işıqsız qalıb
Dünyada 3,3 milyon insan koronavirusa yoluxub
Sergey Lavrov gürcü jurnalistlərə - “Siz xəstəsiniz?” - Video