Tramp: "Ukrayna il yarım ərzində məhv edilə bilər"
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hesab edir ki, əgər münaqişə həll olunmasa, Ukrayna il yarım ərzində məhv edilə bilər.
Musavat.com xəbər verir ki, belə bir açıqlama ilə o, bazar ertəsi Fox News-a müsahibəsində deyib.
Tramp deyib ki, Ukrayna böhranı 2024-cü ildə ABŞ prezidenti seçilənədək “həll olunmaya bilər” və hazırkı Amerika lideri Co Baydenin administrasiyasının siyasəti “üçüncü dünya müharibəsi” ilə təhdid edir. “Əgər problem həll olunmasa, mən bunu Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə 24 saat ərzində edə bilərəm. Bunlar çox sadə danışıqlar olardı, lakin mən onların mahiyyətini açıqlamayacağam, çünki mən bu danışıqlardan istifadə edə bilməyəcəm, nəticə verməyəcək”, – Tramp bildirib.
“Bu müddət ərzində nə baş verə biləcəyini təsəvvür edə bilmirəm”, – deyə respublikaçı siyasətçi davam edib: “Əsas odur ki, müharibə dayandırılmalıdır, çünki Ukrayna məhv edilir” .
Bundan əvvəl Tramp dəfələrlə bəyan edib ki, ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı