Tramp Türkiyəni hədələdi - “İqtisadiyyatını məhv edəcəm”
ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalına planlaşdırdığı hərbi əməliyyatlar ehtimalını nəzərdə tutaraq Tvitter hesabından rəsmi Ankaranı hədələyib.
“Qafqazinfo” xəbər verir ki, daha əvvəl Suriyanın şimalından çəkiləcəklərini açıqlayan Tramp Türkiyənin Fəratın şərqi istiqamətində irəliləməsinə “yaşıl işıq yandırsa da”, fikrindən daşınıb. Belə ki, hərbi əməliyyatlar xəbərindən sonra ABŞ Xarici İşlər Nazirliyindən “bu əməliyyatları heç bir halda dəstəkləmirik” açıqlaması verilib. Tramp isə Tvitter səhifəsindən Türkiyəni sanksiya ilə hədələyib. O, Suriyanın şimalında əməliyyat keçirilərsə, Türkiyənin iqtisadiyyatını məhv edəcəyini yazıb:
“Təkrar edirəm: Əgər Türkiyə “sərhədi aşarsa”, daha əvvəl olduğu kimi iqtisadiyyatını məhv edib yoxa çıxaracağam. Türkiyə Avropa və digər ölkələrlə birlikdə olmalıdır”.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Amerikalı senator Lindsi Qraham isə Türkiyənin NATO üzvlüyünün dayandırılması tələbi ilə çağırış edəcəklərini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək