Tramp Şimali Koreya lideri ilə görüşüb
Bu gün ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Şimali Koreya ilə Cənubi Koreyanı ayıran hərbsizləşdirilmiş zonada görüşüb.
APA-nın məlumatına görə, Yaponiya telekanalları görüşü canlı yayımlayıb.
İki lider demarkasiya xəttinin müxtəlif tərəflərində duraraq bir-birlərinin əllərini sıxıb, daha sonra isə D. Tramp ilk addımı atıb. Bununla da D. Tramp Şimali Koreyaya səfər edən ilk ABŞ prezidenti olub. D. Tramp deyib ki, bu sərhədi keçmək böyük şərəfdir, böyük irəliləyiş var. Daha sonra isə Kim Çen İn qarşı tərəfə keçib.
İki liderin görüşü zamanı D. Tramp jurnalistlərin suallarına cavab olaraq Şimali Koreya liderini ABŞ-a dəvət etməyə hazır olduğunu da bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək