Tramp: Putini növbəti "Böyük yeddilik" sammitinə dəvət edə bilərəm"
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini növbəti “Böyük yeddilik” sammitinə dəvət edə biləcəyini bəyan edib.
APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
D. Tramp V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə qonaq qismində dəvət edilməsini tamamilə mümkün sayıb. Bununla belə, ABŞ Prezidenti Fransanın Biarritz şəhərində keçirilən “Böyük yeddilik” sammitində Rusiya ilə bağlı müzakirələr zamanı deyib ki, Moskvanın “Böyük yeddilik” formatına qayıdıb-qayıtmayacağını bilmir.
Xatırladaq ki, bundan əvvəl D. Tramp Fransa Prezidenti Emmanuel Makronun V. Putinin 2020-ci ildə ABŞ-da keçiriləcək sammitə dəvət edilməsi barədə təklifi ilə razılaşdığını söyləyib. Rusiya Prezidenti isə öz növbəsində deyib ki, Moskva “Böyük yeddilik” ölkələri ilə istənilən əlaqəni faydalı sayır və yenidən “Böyük səkkizlik” formatının formalaşmasını istisna etmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ