“Tramp bizə heç bir sanksiya tətbiq etməyəcək” - Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammitindən sonra ABŞ prezidenti Donald Trampla görüşündən danışıb.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ərdoğan Rusiyadan S-400 zenit-raket kompleksi aldıqlarına görə Tramp tərəfindən heç bir sanksiyaya məruz qalmayacaqlarını deyib:
“Tramp özü bununla bağlı çox gözəl açıqlama verdi. Biz vaxtilə “Patriot”ları almaq istədik, rədd cavabı verildi. S-400-lərlə bağlı razılaşma bitib və artıq təhvil alma mərhələsindəyik. Təslimat müddətində müqaviləni pozmağımız Türkiyə kimi dövlətə yaraşmaz. Bu iş bitib.
Sanksiyalar məsələsinə də cənab Tramp aydınlıq gətirdi. Şəxsən öz dilindən heç bir sanksiyanın olmayacağını eşitdik. Biz Amerika ilə strateji tərəfdaşıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək