Tramp atom bombalarından qasırğalara qarşı istifadə etmək istəyib
ABŞ prezidenti Donald Tramp bir neçə dəfə milli təhlükəsizlik üzrə məmurlarla qasırğalara qarşı mübarizə üçün atom bombalarından istifadə etmək imkanlarını öyrənməyi müzakirə edib.
“Report”un məlumatına görə, bu barədə RİA “Novosti” agentliyi xəbər verib.
Ağ Evdəki mənbə bildirib ki, Tramp administrasiyasının əməkdaşları belə təklifdən çaşıblar.
“Qasırğalar Afrika sahillərində formalaşmağa başlayırlar, nə vaxt ki, onlar Atlantika istiqamətində hərəkət edirlər, biz qasırğanın mərkəzinə bomba atırıq və bomba onu ləğv edir. Niyə biz bunu edə bilmirik?” – deyə mənbə Trampın sözlərini sitat gətirib.
Yüksək vəzifəli məmurlardan biri Trampın fikrini müdafiə edib. O, deyib ki, bu, həyəcan üçün səbəb deyil, bir halda ki, prezidentin hədəfi faciəvi qasırğanı materikə buraxmamaqdır. Məmur əlavə edib ki, hədəf yaxşıdır.
Qeyd edilir ki, hələ Duayt Eyzenhauer administrasiyası da 1950-ci illərdə nüvə bombasını qasırğanın mərkəzi üzərində konveksional axınlara qarşı partlatmaq üzərində fikirləşib. O vaxt hökumət alimi bununla bağlı ideya hazırlayıb.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək