Tramp ABŞ-ın iki əsas düşməninin adını çəkdi
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyatlar Sisteminin rəhbəri Cerom Pauellin çıxışından sonra öz “Twitter” hesabında onu və Çin Xalq Respublikasının rəhbəri Si Cinpini ölkəsinin əsas düşmənləri elan edib.
Onun bu bəyanatından sonra bazarda “S&P 500” və “Dow Janes” 1,8 faiz, NASDAQ 2,2 faiz enişlə üzləşib.
Censon-Houldakı konfransda Pauelldən faiz göstəricilərinin aşağı düşəcəyi anonsunu gözləyirdilər. Lakin Federal Ehtiyatlar Sisteminin rəhbəri bu barədə susub. Bundan sonra Tramp Sistemin heç nə etmədiyini bəyan edib.
Trampın sözlərinə görə, ABŞ-ın bütün şirkətləri Çinə alternativ axtarmalıdırlar. Həmçinin o, gün ərzində Çinin amerikan idxalına qarşı 75 milyard dollarlıq tarif müəyyənləşdirməsinə cavab verəcəyini vəd edib.(oxu.az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək