Tramp 4 iyulu fərqli keçirdi – parad, atəşfəşanlıq, xalqa müraciət, şou...
ABŞ-ın müstəqillik qazanmasının 243-cü ildönümü ölkə miqyasında müxtəlif tədbirlərlə qeyd olunub.
Musavat.com xəbər verir ki, paytaxt Vaşinqtonda ABŞ prezidenti Donald Trampın istəyi əsasında keçirilən qutlamalarda tankların keçidi ilə yanaşı, hərbi təyyarələrin uçuşu da diqqət çəkib. Tramp 70 il sonra Linkoln abidəsinin qarşısında xalqa müraciət edən ilk prezident olaraq tarixə keçib.
Paytaxt Vaşinqtondakə tədbirlərin gündüz hissəsində ənənəvi olaraq təşkil edilən Müstəqillik Günü qutlamaları keçirilib. Axşam saatlarında “Amerikaya salam” mövzusunda təşkil edilən 4 iyul bayramına prezident Tramp da qatılıb. Günorta saatlarında baş tutan ənənəvi tədbirdə polis, əsgər və kovboyların da iştirakı ilə keçid mərasimi təşkil edilib. Konstitusiya bulvarının iki tərəfində yığışan minlərlə insan keçid mərasimini əllərində bayraqlarla izləyiblər.
Güclü yağışa baxmayaraq, toplanan on minlərlə amerikalı böyük sevinclə tədbirdə iştirak edib. Tədbirə Tramp tərəfindən daxil edilən, ABŞ ordusuna aid tank və təyyarələr də diqqət çəkib. 70 ton ağırlığındakı “Abrams” tankları və istehsalına 1940-cı illərdə son verilən «Şerman” tankları, Linkoln xatirə kompleksinin arxasındakı yolda yerləşdirilmişdi.

Mitqində Ameika tarixindən nümunələr verən və amerikan xalqının dünya tarixində böyük, önəmli bir millət olduğunu deyən Tramp xüsusən də amerikan milliyyətçiliyinin önəmini vurğulayıb. ABŞ ordusunun üzərində də bir neçə dəfə dayanan Tramp ordu mənsublarının fədakarlığına işarə verib.
Trampin nitqi zamanı qırıcı təyyarələr nümayiş uçuşu gerçəkləşdirib. Mərasimin ardınca təxminən 35 dəqiqə davam edən atəşfəşanlıq olub.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Tədbirin keçirildiyi yerdə Trampa etiraz etmək məqsədilə yığışan yüzə qədər CodePink üzvü olan qadının aksiyası da diqqət çəkib. Onlar Trampı əlində cib telefonu, pampers geyinmiş şəkildə göstərən iri bir şar ilə etiraz ediblər.

Vaşinqton polisinin hellium doldurularaq uçurulmasına icazə vermədiyi iri şar yerə bağlı şəkildə aksiya iştirakçılarının etirazını müşayiət edib. Digər tərəfdən, Ağ Ev qarşısında ABŞ bayrağını yandırmağa çalışan bir etirazçının da həbs olunduğu bildirilib.
4 iyul müstəqillik günü Nyu-Yorkda da müxtəlif aksiyalarla qeyd olunub. Manhetten, Queens və Bruklin ətrafında toplanan milyonlarla vətəndaş təxminən yarım saat boyunca göyə atılan 70 min fişəngin yaratdığı işıq şousu altında unudulmaz anlar yaşayıblar.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək