Azərbaycanda hələ də elə kəndlər, qəsəbələr var ki, orada su problemi qalır. Bu ərazilərdə yaşayan əhali əkinçiliklə, maldarlıqla məşğul olduqları üçün xüsusilə də suvarma suyuna daha çox ehtiyacları var.

Amma içməli su da tapa bilmirlər. Ermənistanla sərhəd bölgələrdə bu problem daha çox yaşanır. Düşmən ölkə su resurslarını bilərəkdən qapadır ki, Azərbaycan ərazilərində ciddi problemlər yaşasın.

Belə yaşayış yerlərindən biri də Tovuzun ən böyük kəndlərindən olan Yuxarı Öysüzlüdür. Rayonun yuxarı dağ kəndlərinin bərbad yolları asfaltlandığı, çətinlikləri arxada qaldığı halda, Yuxarı Öysüzlü kəndinin camaatı su problemindən əziyyət çəkməkdədir.

“Yeni Müsavat”ın reportyor qrupu olaraq Tovuzda sözügedən kəndə baş çəkdik, yerli camaatın su dərdinin səbəblərini özlərindən öyrəndik.

Yuxarı Öysüzlüdən hazırladığımız video materialı təqdim edirik: