Tixanovskayadan Rusiyaya videomüraciət
Belarusda keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya Rusiya və Rusiya xalqına videomüraciət ünvanlayıb.
“Qafqazinfo” xəbər verir ki, sözügedən videomüraciət S.Tixanovskayanın mətbuat xidmətinin “Telegram” kanalında yayımlanıb. Hazırda Litvada olan Tixanovskaya müraciətində Belarusdakı etirazların heç vaxt Rusiyaya qarşı yönəlmədiyini bildirib.
“Heç bir mərhələdə bu, Rusiyaya qarşı mübarizə deyildi və əminəm ki, belə olmayacaq”,- deyə o, qeyd edib.
O, media və siyasətçilərin iki ölkə xalqları arasındakı münasibətlərə zərər verə biləcək məlumatlarına etibar etməməyə çağırıb: “Təbliğat mediasına və siyasətçilərə inanmayın, xalqlarımız arasındakı münasibətləri korlamalarına icazə verməyin”.
https://youtu.be/Jh2wFDxhXJQ
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı