Tixanovskaya: “Lukaşenkonun bu ölkənin lideri olaraq gələcəyi yoxdur”
“Etməli olduğumuz birgə olmaqdır. Daha qarşımızda “Qalib gələ bilərikmi?” sualı durmur. Biz artıq qalib gəlmişik”.
Bu barədə Belarusda keçirilən prezident seçkilərində sabiq namizəd Svetlana Tixanovskayanın “Washington Post” üçün yazdığı məqaləsində qeyd olunub.
“Ölkə olaraq qırılma nöqtəsini keçmişik. Lukaşenkonun bu ölkənin lideri olaraq gələcəyi yoxdur, onun hakimiyyəti tərk etməsi vaxt məsələsidir”, – o qeyd edib.
Siyasətçi digər ölkələri Lukaşenko hakimiyyəti ilə əməkdaşlığa son qoymağa və sanksiyalar tətbiq etməyə çağırıb:
“Biz xəbərdarlıq edirik, digər ölkələr hazırkı qanunsuz hakimiyyətlə bağlanmış bütün sazişlərlə riskə girirlər və biz təminat vermirik ki, gələcək qanuni və azad seçilmiş hökumət bu razılaşmaları tanıyacaq”.
“Hazırda biz səylərimizə davam etməliyik. Təcrübədən nə etməli olduğumuzu bilirik”, – o əlavə edib.
///Report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı