Tiflisdə şok: Hökumətin gizli dinlədiklərinin sayı 9000-i keçdi
2018-ci ildə Gürcüstan hökumətinin təşəbbüsü ilə həyata keçirilən gizli dinləmələr sayı rekord səviyyəyə çatıb.
Axar.az xəbər verir ki, bu məlumatı Azad İnformasiya İnstitutu yayıb. Məlumata görə, keçən il ərzində məxfi şəkildə 9000 mindən çox adam dinlənilib. Belə ki, son üç il ərzində rəsmi şəkildə qeyd edilən gizli dinləmələrin sayı 3 dəfə artıb.
Üstəlik, xüsusi xidmət orqanlarının məhkəmələrə gizli dinləmələrlə bağlı etdikləri müraciətlərin 98%-nə hakimlər tərəfindən icazə verilib. Xüsusi xidmət orqanları məhkəmələrə daha çox fırıldaqçılıq, oğru dünyasına məxsusluq, qanun oğrular, rüşvət alışı və narkotik maddələrin qanunsuz hazırlanmasını əsas gətirərək müraciət ediblər. 2018-ci ildə ondan öncəki illərdən fərqli olaraq oğru dünyasına məxsusluq və qanun oğrularla mübarizə ilə əlaqədar gizli dinləmənin həyata keçirilməsi üçün məhkəmədə qaldırılan vəsatətlərin sayı 17 dəfə artıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü