Telman İsmayılovun milyard dollarlıq oteli əlindən çıxır - TƏFƏRRÜAT
Azərbaycan əsilli oliqarx Telman İsmayılovun daha bir aktivi rəsmi şəkildə satılıb.
Minval.info xəbər verir ki, 2009-cu ildə Türkiyənin turizm bölgəsi Antalyada 1.4 milyard dollar sərmayə ilə açılmış “Mardan Palace” oteli “Rixos” otellər qrupuna keçib.
Telman İsmayılovun müflisləşməsindən sonra bank tərəfindən əlindən alınan otelin administratoru Fettah Tamince otelin geri qaytarılması üçün çox cəhd etdiklərini bildirib:
“Təəssüf ki, masadan heç bir nəticə əldə etmədən qalxdıq. Ümid edirəm ki, bu müəssisə tezliklə Antalyaya, Türkiyəyə yenidən xidmət göstərə bilər”.
Xatırladaq ki, “Mardan Palace” Avropanın 5 ulduzlu ən lüks otelidir. Otelin 2009-cu il 23 mayda həyata keçirilən açılışına dünyaca məşhur ulduzlar – Meray Keri, Riçard Gir, Şeron Stoun, Monika Belluçi və Qazaxıstan prezidenti Nursultan Nazarbayov iştirak etmişdi.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR
