Tbilisidə polis aksiya iştirakçılarının bir neçəsini saxlayıb
Gürcü polisi Tbilisidə parlamentin binası qarşısında toplaşmış mitinq iştirakçılarını dağıtmaq üçün su şırnaqlarından istifadə edib.
“Report”un məlumatına görə, bu barədə “Reuters” bildirib.
“Yeni Gürcüstan” Partiyanın lideri Qeorqi Vaşadze bilddirib ki, polis tərəfindən bir neçə nəfər saxlanılıb. Onlar arasında müxalif siyasətçilər də var.
Qeyd edək ki, ötən gün Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında növbəti kütləvi aksiya başlayıb. Gürcüstan müxalifətçiləri ilk öncə Birinci Respublika Meydanından parlamentin binasının qarşısına qədər yürüş edib. Gecə saatlarında aksiyaçılar qanunverici orqanın binası qarşısında çadırlar qurublar. Onlar bildiriblər ki, deputatların parlamentin bugünkü plenar iclasında iştirakına imkan verməyəcəklər.
Aksiyaçıların tələbi 2020-ci il parlament seçkilərinin proposional sistem üzrə keçirilməsidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır