Tanzaniyada tutulan İran casusu -Azərbaycan, ABŞ və İsrailə qəsd hazırlayırmışlar
İranın müxalifət mediası 2022-ci ilin noyabrında Tanzaniya hakimiyyəti tərəfindən İsrailin xarici kəşfiyyat xidməti MOSSAD-ın xəbəri əsasında həbs edilən və “Həmid Salari” kimi tanınan iranlı kəşfiyyat zabiti Həmidrza Məhəmməd Əbrahanın dindirilməsinin videosunu yayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Haqqın.az” yazıb.
“Əbraha ifadə verib ki, onun vəzifəsi yerli və xarici vətəndaşları casusluğa cəlb etmək və İsrail, Amerika, Səudiyyə və Azərbaycan hədəflərinə qarşı Tanzaniyada və ümumilikdə Afrikada sui-qəsd cəhdləri təşkil etməkdir.
Həbs olunmazdan əvvəl Əbraha 15 il İran kəşfiyyatında xidmət edib, xüsusən Əfqanıstan və Pakistanda çalışıb. 2019-cu ildə o, bundan əvvəl uzunmüddətli təlim keçərək Tanzaniyaya transfer olunub. Tanzaniyada neft və neft məhsulları satıcısı adı altında işləyib”, – məlumatda deyilir.
Əbraha dindirmə zamanı İranın kəşfiyyat nazirliyinin (ETTELAAT) strukturu və sxemləri haqqında ətraflı məlumat verib, həmçinin cəlb etdiyi agentləri satıb. Bundan sonra o, Tanzaniyadan vətəninə ekstradisiya edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sepah Hörmüz boğazında ABŞ gəmilərinə hücum etdi
Təyyarədə dava: Sərxoş sərnişin skoçlandı
Masazırda qanunsuz tikinti işləri dayandırıldı
Xark adasında İran tankerinə raket hücumu
Donuz böyrəyi ilə 9 ay sağ qaldı!
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı