Tanınmış azərbaycanlı həkim Rusiyada yol qəzasında öldü
Rusiyanın Kalininqrad vilayətinin cənubunda avqustun 11-də baş vermiş qəzada dünyasını dəyişən azərbaycanlı həkim Tenqiz Hüseynağa oğlu Axundov olub.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, uzun illərdir Kalininqrad şəhər klinikasında çalışan otorinolarinqoloq “Polo” markalı maşının sükanı arxasında olub. Qəza “Folksvaqen Qolf” markalı avtoomobilin qarşı zolağa çıxması nəticəsində baş verib. Hadisə zamanı Axundovun yanında oğlu da olub. Həkimin oğlu xəsarət almadan xilas ola bilib.
Qeyd edək ki, azərbaycanlı həkimin ölümü rusiyalı xəstələrinin dərin kədərinə səbəb olub. Sosial şəbəkədə onun haqqında xatirələrini bölüşən pasiyentlər və Səhiyyə Nazirliyinin regional şöbəsi Tenqiz Axundovun yaxınlarına başsağlığı veriblər.
Tenqiz Axundov 3 uşaq atası olub. Mərhumun meyiti bu gün Azərbaycana gətiriləcək.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək