Taliban başçısinın qardaşı Pakistanda öldürüldü
Əfqan Talibanının başçısi Heybətulla Axundzadənin kiçik qardaşının qonşu Pakistanın cənub-qərb hissəsində İslam mədrəsəsində törədilən bomba hücumu zamanı ölən dörd nəfər arasında olduğu bildirilir.
Militant mənbələr Amerikanın Səsinə Əhmədulla Axundzadə kimi tanınan şəxsin Bəluçistan əyalətinin paytaxtı Kvetta yaxınlığındakı Kuçlak bölgəsində seminariya məscidində bomba atıldığı zaman cümə namazı qıldığını təsdiqləyıb.
Minval.info “Amerikanın səsi”nə istinadən bildirir ki, Əfqanıstanın ABŞ-ın dəstəklədiyi hökumətinə qarşı üsyan edən Taliban liderləri və döyüşçüləri üçün gizli sığınacağa çevrilmiş Pakistan əyalətindəki hücuma görə heç kəs məsuliyyəti öz üzərinə götürməyib.
Pakistanın regional polis idarəsinin məmuru Əbdül Rəzzaq Çima jurnalistlərə partlayış zamanı ibadət edən 24 nəfərin də yaralandığını bildirib.
Onun dediyinə görə, partlayıcı qurğu namaz duasını oxuyan mollanın kürsüsünün altına qoyulub, partlayışı törətmək üçünsə saatlı cihazdan istifadə edilib.
Polis məmuru həlak olanların şəxsiyyətləri barədə məlumat verməyib.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək