Taksi və avtobus sürücüləri arasındakı "müharibə" davam edir - Kimdir günahkar? (FOTOLAR)
Bakının ən böyük problemlərindən biri də nəqliyyat sistemidir.
Burada həm qurumların sistemli çalışmaması, həm də sürücülərin qaydalara riayət etməməsinin nəticəsində ortaya ciddi problemlər çıxır.
Bu problemlərdən biri də taksi sürücüləri ilə marşrut avtobusunun sürücüləri arasında yaşanır. Belə ki, avtobusların dayanması üçün nəzərdə tutulan yerlərdə taksilər dayanır. Belə olduğu halda avtobuslar da yolun tam ortasında dayanmalı olur.
ƏLAQƏLİ
2 əsrlik Zaqatala qalasında gördüklərimiz: Çar Rusiyasının işğalını ilan təhlükəsi əvəzləyib - FOTO
Bu da özlüyündə həm tıxaca, həm də sərnişinlərin həyatlarını təhlükəyə atmasına səbəb olur. Minval.info xəbər verir ki, dəfələrlə aidiyyatı qurumlar tərəfindən xəbərdarlıq edilməsinə rəğmən Bakı metrosunun “Əhmədli” stansiyasının ətrafı mövcud problemdən qurtula bilmir.
Bu günlərdə həmin ərazidə taksi və avtobus sürücüləri arasında yer davası davam edir. Günün pik saatlarında bu ərazidən keçməyə çalışan sürücülər tıxacda qalmalı olur, mübahislər başlayır, hətta söz-söhbətin sonu dava ilə bitir. Hər kəs də digərini ittiahm edir.
Bakı sakini olan Əhməd Salahov saytımıza bildirib ki, hər gün işdən geri dönən zaman burada tıxacda qalır, əsəb keçirir: “Çünki avtobus yolu bağlayır, sərnişin düşürür və ya sərnişin götürür. Onun ucbatından biz tıxacda qalırıq. Əslində bəzən onların da günahı olmur, taksi onun yerini tutur, o da bizim… Buna bir çarə lazımdır”.
14 ildir marşrut avtobusunu idarə edən Muxtar Əliyev də taksi sürücülərindən şikayət edir: “Hamı bir tikə çörək qazanmaq üçün evdən çıxır, axşam ailəsinə pul aparır. Amma bunu elə etmək lazımdır ki, başqalarının işinə mane olmayasan, əsəbləşdirməyəsən. Buradakı bəzi taksi sürücüləri bunu anlamır və ya anlamaq istəmir. Ay qardaş, sən mənim yerimdə dayanırsan, müştəri “ovuna” çıxmısan. Tamam, çörəyini qazan, amma bunu kənarda et də, mənim yerimi tutanda mən də məcbur yolda dayanıram, camaat siqnal verir, söyür məni. Niyə bu yaşımda əsəb dərmanı içməliyəm?”
ƏLAQƏLİ
Xankəndindən video-reportaj! Azadlıq Radiosunun erməni xidməti görün nələr çəkib - VİDEO
Taksi sürücüləri isə qurumları günahkar bilir. Əli Qurbanov deyir ki, dayanmaqları üçün başqa yer yoxdur: “Biz də pul qazanmaq üçün çalışırıq. Hə, bura avtobusun yeridir, polislər də imkan vermir ki, burada dayanaq. Amma bizim başqa çarəmiz varmı? Yoxdur. Bir az qabaqda dayananda cərimə edilirik, geridə də dayanacaq pulludur. O biri deyir obyektimin qabağını kəsirsən. Gəlsin rəsmi qurumlar bizə yer ayırsın, orada dayanaq. Bunu edən yoxdur. Biz də məcbur dalaşa-dalaşa burada dayanırıq”.
Mövcud problem illərdir ki, davam edir. Rəsmi qurumlar hələ də məsələnin həlli yolunu tapmayıb və tapmağa çalışmır.
ƏLAQƏLİ
Keçmiş qudaların davası: “500 minlik məhkəmə qalmaqalı”nın ilginc detalları - Video
Məhəmməd Türkmən
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"15 hərbçi yanğından əvvəl öldürülmüşdü"
LAÇINda çörək satan qazi : "Mən bura qazanc dalınca gəlməmişəm...
İranın Turan qapısı qorxusu, iğtişaşların, təlimlərin pərdəarxası - REPORTAJ

