Tacikistanda dəbli hicaba görə 10 qadın saxlanıldı
Tacikistanın paytaxtı Düşənbədə hicab geyinməklə bağlı ölkə qanununu pozan qadınlara qarşı əməliyyat keçirilib.
“Qafqazinfo”nun “sputnik Tacikistan”a istinadən verdiyi xəbərə görə, polis və Qadın Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları fərqli hicabda olan 10-a yaxın qadını şöbəyə aparıblar.
Məlumata görə, saxlanılan qadınlarla tacik adətlərinə yad olan hicab barədə profilaktik söhbət ediblər və sonra sərbəst buraxıblar.
Tacikistan Daxili İşlər Nazirliyinin rəhbəri Umarjon Emoməlinin sözlərinə görə, polis qadınları hicab taxdıqlarına görə həbs etmir, ancaq bir qayda olaraq onlarla yalnız izahlı söhbət aparır.
Qeyd etmək lazımdır ki, respublikada bir neçə ildir ki, məktəblər, ofislər və ictimai yerlərdə dəbli hicab geyinməyə qadağa qoyulub. Bu qayda milli mədəniyyətə zidd olan geyim atributlarına və xaricdən tətbiq olunan dini ekstremist fikirlərə qarşı ideoloji mübarizəyə qarşı geniş bir kampaniyaya şamil olunur. Tacikistan hakimiyyəti son illər bu məsələ ilə əlaqədar əhali ilə profilaktik iş aparır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır