Təqaüdçü mənzilini məşhur müğənniyə bağışladı
Rusiyanın məşhur müğənnisi, “Jara” festivalının qonaqlarından olan Filipp Kirkorova yeni mənzil bağışlayıblar. Amma bu addımı hansısa oliqarx yox, təqaüdçü atıb.
Bizimyol.info xəbər verir ki, Ulyanovsk şəhərinin adı çəkilməyən sakini mənzilini Kirkorova bağışlayıb. Müğənni hədiyyədən imtina etsə də, qadın israrlı olduğunu göstərib. Təqaüdçü mənzili Filippin adına keçirib.

Qadının dediyinə görə, mərhum anası da Kirkorovun sənətinin vurğunu olub. Buna görə də Filipp hədiyyəyə layiqdir. Təqaüdçü mənzili boşaldıb və bir daha ora qayıtmayıb. Kirkorov isə mülkiyyət sənədi almağı düşünmədiyini bildirib. Əslində, məşhur müğənninin belə mənzilə ehtiyacı yoxdur. İyulun ortalarında bir sahibkarın Kirkorovdan yeni evinin təmiri üçün daha 120 min dollar tələb etdiyi xəbəri ortaya çıxmışdı. Filippin həmin evə milyonlar xərclədiyi bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
