Suriya ordusu Türkiyəyə məxsus müşahidə məntəqəsinə atəş açıb
Suriya ordusu İdlibdə Türkiyə Silahlı Qüvvələrinə (TSQ) aid olan müşahidə məntəqəsinə yenə hücum edib.
APA-nın xəbərinə görə, bu dəfə TSQ-nin 8-ci müşahidə məntəqəsinə yaxın ərazi rejimin quru qoşunlarının pulemyotları ilə atəşə tutulub.
Son 10 gündür ki, Suriya qüvvələri Rusiya və İranın dəstəyi ilə İdlibdə irəliləyir. İdlibdə əsasən Suriya hökumətinə müxalif olan qüvvələr yerləşib.
Sözügedən bölgədən 17 sentyabr 2018-ci ildə imzalanan İdlib müqaviləsindən sonra 1 milyona yaxın Suriya vətəndaşı Suriya-Türkiyə sərhədinə köç edib. Yerli mənbələrdən bildirilib ki, hücumlar Maaretinuman ve Serakib rayonlarını da əhatə edərsə, didərginlərin sayı 1,5 milyona çatacaq.
Qeyd edək ki, Suriya hökumət qüvvələri avqustun 19-da 8 saylı müşahidə nöqtəsinin şərqindəki Moriqdə yerləşən 9 saylı müşahidə nöqtəsində TSQ-nin hərbi avtomobil karvanına havadan hücum edib, nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək