Süleyman Soyludan SƏRT SÖZLƏR: "Kimsə buna mane ola bilməyəcək”
“Kimsə Türkiyənin böyüməsinə, inkişafına mane ola bilməyəcək”.
Musavat.com Anadolu agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu Türkiyə polis təşkilatının yaranmasının 178-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
O qeyd edib ki, Türkiyə polisi terror və narkotiklə mübarizədə, habelə sərhəd qaçaqmalçılığına və soyğunçuluğa qədər bütün məsələlərin öhtəsindən layiqincə gəlir.
Nazir bildirib ki, fevralın 6-da baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Türkiyə polisinin fəaliyyətini yüksək qiymətləndirib.
“15 iyul çevriliş cəhdini həyata keçirənlər istəklərinə çatmadılar. Əlbəttə, polis təşkilatımızın da bu işdə xüsusi rolu oldu. İndi Türkiyə həmin vaxtdakından daha güclüdür” – , deyə S.Soylu sözlərinə əlavə edib.
Musavat.com
ƏLAQƏLİ
Kral III Çarlzdan Oman sultanına jest: Məhəmməd peyğəmbərin hədisini səsləndirdi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
ABŞ və İran arasında gərginlik: Tramp danışıqların olmadığını deyir
Kölələri əmlak sayan qanun rəsmən ləğv edilir
Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Avropa İttifaqı Booking.com-u saxta elanlar və fırıldaqlarla bağlı araşdırır
Ölümsüz meduza yaşlanmanı geri çevirmək ümidini artırır