Stadiona getdiyi üçün təzyiqlə üzləşdi, özünü öldürdü - Foto
İranda futbol matçına kişi paltarında getdiyi üçün təzyiqlərə məruz qalan Seher Khodayari özünü yandırdıqdan bir həftə sonra xəstəxanada dünyasını dəyişib.
“Qafqazinfo” xəbər verir ki, Seher Khodayari mart ayında stadiona daxil olan zaman saxlanılıb. Üç günü müvəqqəti saxlama təcridxanasına keçirən qadın daha sonra sərbəst buraxılıb. Bundan sonra o, 6 ay məhkəmə prosesinin başlanılmasını gözləyib. Hakim qarşısına çıxacağı gün məhkəməyə gedən qadın prosesin təxirə salındığını öyrənib. Buna səbəb hakimin təcili işinin çıxması olub. Prosesin təxirə salınmasından sonra Seher məhkəmədən çıxan zaman özünü yandırıb.
Qeyd edək ki, 1981-ci ildən etibarən İranda qadınlar futbol matçlarına buraxılmır. Khodayarinin qadağanı pozduğu təsdiqlənəcəyi halda, onu 6 aydan 2 ilə qədər həbs gözləyirdi.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək