"Əsrin müharibəsi" planı baş tutmadı, növbəti həmlə gəlir - İrandan iddia
ABŞ prezidenti Donald Trampı “Əsrin müharibəsi” üçün razı sala bilməyən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bunun intiqamını ingilisləri bataqlığa çəkərək almaq istəyir.
Publika.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.
“Yanlış etməyin. Donald Trampı “Əsrin müharibə”nin başlanması üçün razı salmayan və “B komandası”nın çökməsindən narahat olan Con Bolton ingilisləri bataqlığa çəkmə ümidi ilə kinini o istiqamətdə koordinasiya edir. Belə bir addımın qarşısı yalnız ehtiyatlılıq və sağlam düşüncə ilə alına bilər”, – Zərif tvitter səhifəsində yazıb.
Qeyd edək ki, İranın xarici siyasət idarəsinin başçısı 4 nəfəri – Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeydi “B komandası” adlandırır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milano küçələrində hərbçilər asayişi təmin edəcək
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək