Sosial şəbəkələrdə müzakirə olunan asfaltlanma prosesi: Vətəndaşın iddialarına qurumdan CAVAB VİDEO
Azərbaycanda asfaltlama prosesi maraqlı müzakirəyə yol açıb.
Belə ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Vətəndaşlardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) əməkdaşlarına yaxınlaşaraq, yolun bir neçə hissəsində kiçik sahələrə tökülən daş qırıntılarının səbəbini soruşur. Əməkdaşlar isə vətəndaşa dolğun cavab verə bilmir.
Mövzu ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, görüntülərdə qeyri-adi heç nə yoxdur, buna soyuq asfalt deyilir:
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
“Asfaltın çatlamış, dağılmağa yeni başlamış kiçik ərazilərə bitum tökülür, üzərinə isə qırmadaş. Daha sonra üzərindən hərəkət olduqca, yapışır və bərkiyir. Beləliklə, atmosfer sularının örtüyün daha dərin qatlarına daxil olmasının qarşısı alınır. Bu da asfalt örtüyünün tez bir zamanda sıradan çıxmasının qarşısını alır. Kənardan bu sahəni bilməyən insanlar üçün qeyri-adi görünər, amma belə bir üsuldan hər yerdə istifadə olunur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO