“Sosial şəbəkələrdə bunu yazanlar qələt edir”
“Mən Əli İnsanovun mövqeyini niyə dəstəkləməliyəm? Sosial şəbəkələrdə bunu iddia edənlər qələt edirlər”.
Minval.info xəbər verir ki, bunu Modern.az-a Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və lideri Etibar Məmmədov söyləyib. O qeyd edib ki, sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanova əks və ya onun tərəfində deyil:
“O kim, mən kim… Nəyə görə kimisə müdafiə etməliyəm, kiminsə tərəfində ya da əleyhinə olmalıyam? Hərənin öz hüququ, öz məntiqi var. Kim nə istəyir, danışa bilər. Öz danışdıqlarına da hər kəs özü cavabdeh olmalıdır”.
Etibar Məmmədov Əli İnsanovun mübahisəli çıxışlarına isə qiymət vermək istəməyib:
“Onun çıxışları ilə bağlı da heç bir fikrim yoxdur. Kimin haqqında danışıbsa, onlar cavab versin. O yaşı 70-i keçmiş adamdır. Vaxtilə nazir işləyib, həbsdə yatıb. Nə danışırsa, məlumdur ki, özü öz sözlərinə cavabdeh olmalıdır. Nəyisə hesablayıb, danışırsa, özü cavabdeh olmalıdır. Mən niyə onun çıxışlarına qiymət verməliyəm? Mənə artıq yerə bu cür suallar verirsiniz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Heç onu çəkməyə də ehtiyac yox idi” - Deputatdan video ilə bağlı açıqlama
Sumqayıtda dövlət qurumunun 11 əməkdaşı koronavirusa yoluxdu, biri öldü
Bir milyardlıq ittihama yarımçıq cümlə ilə cavab verdi...
Prezident maska taxmamağa görə cərimə artımını təsdiqlədi
Prezidentin təyin etdiyi yeni rəis kimdir? - DOSYE
Bakıda yayılan qoxunun səbəbi açıqlandı - RƏSMİ