“Sizə qurban kimi müraciət edirəm…” - Qaşıqçının nişanlısından şok sözlər
Mənim adım Xədicə Çingizdir. Sizə burada bir qurban kimi xitab edirəm. Camal Qaşıqçının öldürülmə əmrini kimin verdiyi bilmək istəyirəm.
Minval.info Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçının nişanlısı Xədicə Çingiz BMT-nin İnsan Haqları üzrə Komitəsində çıxışı zamanı deyib.
BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardın Qaşıqçı cinayətinə dair hazırladığı hesabata toxunan Xədicə Çingiz qeyd edib ki, hesabat beynəlxalq istintaqın aparılmasının vacibliyini ortaya qoyur:
“Qaşıqçının nəşinin harada olduğunu bilmək istəyirəm. Hərəkətə keçməyinizi gözləyirəm. Kallamardın dediyi kimi sanksiyaların vaxtı gəlib çatdı.
Cinayətin arxasındakı şəxslər və bunu ört-basdır edənlər layiqli cəzasını almalıdır. Tarix həqiqətə sadiq qalanları və qalmayanları yadda saxlayacaq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
CNN: Ər-Riyad jurnalistin qətlə yetirildiyini etiraf edəcək
Avropadan Rusiyaya zərbə
Sevgililərin zarafatı ölümlə bitdi
ÜST-dən 5G mobil şəbəkələrin COVID-19-u yayması ilə bağlı açıqlama
Trampdan ABŞ kəşfiyyatının ünvanına ağır sözlər
Yarıçılpaq halda stadiona girdi, ara qarışdı - FOTOLAR
Rusiyalı mer gölməçəyə yıxıldı - Video