Şirkət rəhbəri müştərilərindən aldığı pulları götürərək Bakıya qaçıb
Rusiyanın Altay vilayətində fəaliyyət göstərən “Hot Tur” turizm firmasının direktoru müştərilərinə qarşı dələduzluq əməlinə yol verib və Bakıya qaçıb.
Bizimyol.info xəbər verir ki, Rusiya mənbələrinə istinadən xəbər verir ki, firmanın direktoru Olesya Şaxtorinanın işləri əvvəlcə yaxşı gedib, o, Altay vilayətinin sakinlərinə isti ölkələrə “putyovkalar” satıb və müştəriləri firmadan razılıq ediblər. Amma rublun məzənnəsi aşağı düşməyə başlayanda firmanın müştəriləri də azalıb. Bu zaman Şaxtorina müştərilərə “atmağa” başlayıb.
Əvvəlcə firmadan turpaket alan müştərilər gün məsələsində aldadılıblar, onlar 10 günlük paket alsalar da cəmi 7 gün dincələ biliblər. Yaxud müştərilərdən dördulduzlu otel üçün pul alınsa da onları 3-ulduzlu otellərə yerləşdiriblər. Daha sonra isə müştərilərə ümumiyyətlə “atıblar”-onlardan pul alsalar da turpaket verməyiblər.
Nəticədə müştərilər hüquq-mühafizə orqanlarına şikayət edib və Şaxtorinanın barəsində bir neçə ay əvvəl cinayət işi qaldırılıb. İş üzrə cəmi 12 zərərçəkən var, onlara dəyən ziyan 2 milyon rubldan yuxarıdır.
ƏLAQƏLİ
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Polislər əvvəlcə firmanın təsisçisini-Şaxtorinanın ərini dindiriblər. O, firmanın işlərində iştirak etmədiyini, dələduzluqdan xəbərsiz olduğunu bildirib. Olesya isə çemodanlarını yığıb və iki uşağını da götürərək Azərbaycana “istirahətə” yollanıb. 2019-cu il sentyabrın əvvəllərindən o, Xəzər sahilindəki kurortlardan birindədir və geri qayıtmağa hazırlaşmır.(virtualaz.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyə və Özbəkistan iqlim dəyişikliyinə qarşı şəhərlərini hazırlayır
Kütləvi iğtişaşlar səbəbindən Milana qoşun yeridilir
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
