Siqaretə görə yeni cərimələrin məbləği açıqlandı

Azərbaycanda tütün məmulatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub.
Minval.İnfo xəbər verir ki, məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edək ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni – 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.
Yeni – 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə, onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.
212.5-ci maddəyə əsasən, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə – vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Bu xəbər məni olduqca kədərləndirdi” - Prezident İlham Əliyev
Bakı suyun altında qaldı – VİDEOLAR
Səhiyyə Nazirliyindən qızılca və suçiçəyi ilə bağlı — AÇIQLAMA
Sabaha olan hava proqnozu
“Ellips” gecə klubunun sahibi həbs olundu
Yevda Abramovla vida mərasimi keçirildi - Fotolar