“Sifətini əzişdirməyə hazıram” - Azərbaycanlı aparıcıdan gürcü jurnalistə
Rusiyanın Azərbaycan əsilli aparıcısı İradə Zeynalova “Rustavi 2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putini təhqir edən gürcü jurnalist Georgi Qabuniyanı sərt tənqid edib.
“Qafqazinfo” xəbər verir ki, tanınmış aparıcı baş verənlərə Feysbuk hesabı vasitəsi ilə münasibət bildirib.
“Birincisi, mənim atamın adını, Mazdok döyüşündə babamın həyatını xilas edən, gürcünün şərəfinə qoyublar. Onu nənəsi gözləyirdi – hər şey Putində olduğu kimi. Qəbrləri təhqir edən babamın, nənəmin və Aftandil adlı həmin gürcünün də xatirəsini təhqir edib.
İkincisi, mənim əsl gürcü dostlarım var. Moskvada da, Tibilisidə də. O, onların da şərəf haqda normal insani anlayışlarını da təhqir edib.
Üçüncüsü, o, məni, atamı, oğlumu, həyat yoldaşımı və hörmət etdiyim, sevdiyim hamını qul adlandırıb.
Putin onun sifətini əzişdirməyəcək – intası bilirəm ki, o, Piterin həyətlərini xatırlayır. Əminəm ki, təhqir edənə kişilər baş qoşmamalıdır. Onunla jurnalistika haqda danışmaq lazım deyil. Hər şey asandır. Məni, yaxınlarımın qəbrini təhqir edənin sifətini əzişdirməyə hazıram. Bəli, əlləri bulaşdırmaq. Bəli, qadın kimi, amma realda. Kilometrlərlə uzaq olan efirdə yox”, – İ. Zeynalova sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Qabuniya aparıcısı olduğu “Postskriptum” proqramında Rusiya prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına rus dilində qeyri-etik ifadələr və söyüş işlədib. Onun bu cür davranışı qalmaqala səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Araqçi hücum anını danışdı: "Hər şey üzərimizə çökdü"
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb